Agent Plyus ticarət nümayəndələrinin avtomatlaşdırılması üçün səmərəli həlldir və aşağıda sadalanan üstünlüklərə sahibdir:

  • Malların təchizatına dair sifarişlərin toplanılması və işlənməsi: ticarət nümayəndəsi malların təchizatına dair sifarişləri operativ şəkildə qəbul edir
  • Bir neçə məlumat bazası ilə işləmək imkanı: ticarət nümayəndəsi öz mobil cihazında eyni vaxtda bir neçə məlumat bazası ilə işləyə bilər
  • Çoxanbarlı uçot: əməkdaş boşaltmanı yerinə yetirmək istədiyi anbarı göstərə bilər
  • Qarşılıqlı hesablaşmaların uçotu: əməkdaş hər bir ticarət nöqtəsi üzrə ödənişləri və borcları izləyə bilir
  • Kassa əməliyyatlarının uçotu: əməkdaş müştərilərdən sərbəst şəkildə ödənişi qəbul edir
  • Ümumi endirimlər: Satış zamanı əməkdaş müştərilər üçün nəzərdə tutulmuş ümumi endirimləri tətbiq edə bilir
  • Ticarət nöqtələrinə ziyarətlərin planlanması: əməkdaş ticarət nöqtələrinin aydın şəkildə planlaşdırılmış ziyarət xəritəsini görür
  • Onlayn-nəzarət: GPS və mobil provayder ötürücü qüllələri vasitəsilə xıritə üzərindəki yerdəyişmələrə nəzarət
  • Fotoşəkillər və təsvirlər ilə iş: əməkdaş məhsulun xarici görüntüsünün nümayişi üçün təsvirlərdən və ticarət nöqtələrinin fasadlarının və ya elə müştərilərin fotoəkillərini çəkmək üçün mobil cihazın kamerasından istifadə edir
  • Ştrix-kod skanerləri ilə iş: əməkdaş ştrix-kod skaneri qismində mobil cihazın kamerasını və ya Bluetooth vasitəsilə xarici portativ skanerdən istifadə edir
  • Qeyri-məhdud sayda qiymət növləri: əməkdaş istənilən qiymət növlərindən istifadə edir (topdan, xırda-topdan, pərakəndə və digər)
  • Müştərilərin əlaqə məlumatlarının detallaşdırılması: əməkdaş müştərinin əlaqə məlumatlarını görür (əlaqə telefonu, ünvan, fotoşəkli, təvəllüdü və digər)
  • Əsas uçot sistemi ilə məlumat mübadiləsi: əsas uçot sistemi ilə simsiz mübadilə sayəsində əməkdaş asanlıqla ofisdən kənarda işləyə bilir
  • Tapşırıqların qoyuluşu: əməkdaş «Tapşırıq» sənədi ilə işləyir və burada onun ticarət nöqtələri üzrə konkret tapşırıqları olur
  • Hesabatlara baxış: əməkdaş ona lazım olan məlumatı hər zaman hesabatlardan əldə edə bilir (məsələn, satış planı və onun yerinə yetirilmə faizi)
  • Merçendayzinq: əməkdaş mobil cihazın kamerası vasitəsilə məhsulun vitrində düzülüşünü, rəqiblərin ticarət avadanlığını və ya mallarını qeydə alır
  • Fərdi qiymətlər və endirimlər: əməkdaş müəyyən məhsullar üçün nəzərdə tutulmuş qiymətlər və endirimlər üzərində əməliyyat aparır
  • İsti satış (van selling): əməkdaş sərbəst şəkildə malların çatdırılmasını və boşaldılmasını, eləcə də bütün sənədlərin yerində tərtib olunması və çapa verilməsini həyata keçirir
  • Müştərilən anketləşdirilməsi: əməkdaş müştərilərin anketləşdirilməsini yerinə yetirmək imkanına sahibdir
  • Malların inventarizasiyası: əməkdaş avtomobilin içində malların inventarizasiyasını aparmağa, eləcə də uçot üzrə və faktiki məlumatlar arasındakı uyğunsuzluqları aşkarlamaq imkanına sahibdir
  • Sənədlərin çapı: çap əməliyyatı həm stasionar, həm də mobil printerlərdə mümkündür
  • Brendləşdirmə: tətbiqin Sizin şirkət üslubunuza uyğun tərtib etmək imkanı
  • Konfiqurasiyalılıq: istehsalçı-müəssisənin iştirakı olmadan mobil tətbiqin funksionallığını sərbəst şəkildə genişləndirmək və ya dəyişmək imkanı