1C: İstehsalat Müəssisəsinin İdarəedilməsi 8.x – avtomatlaşdırılmış müəssisə idarəedilmə sisistemi olmaqla, istehsalat müəssisəsində əsas idarəetmə konturları və uçotunu əhatə edən kompleks tətbiqdir. 1C: İstehsalatın Müəssisəsinin İdarəedilməsi (1C: İMİ) istehsalat müəssisəsinin vahid informasiya sistemini təşkil etməyə və maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin uçotunu təmin etməyə imkan yaradacaq.

Holdinq strukturlu müəsssisələrdə İMİ sistemi holdinqə daxil olan bütün müəssisəsləri əhatə edə bilər. 1C: Müəssisə 8.x-də (İstehsalat Müəssisəsinin İdarəedilməsi) informasiya prosesinin avtomatlaşdırılmış prosedurları idarəetmə funksiyaları ilə inteqrasiya olunub. ERP sinifi sistemi kimi 1C: İMİ 8.x proqramı müəssisə resurslarının (vəsaitlərini) planlaşdırılması və idarəedilməsi üçün xidmət göstərir.
Müəssisənin idarəedilməsi sistemi müxtəlif müəssisələr tərəfindən ümumi informasiya massivlərinin təkrar istifadəsi hesabına uçotun aparılmasının əziyyətini azaldır. Bununla bərabər bütün müəssisələr üzrə şəffaf idarəetmə və reqlament (mühasibat və vergi) uçotu aparılır, amma reqlament hesabatı müəssisələr üzrə ayrılıqda formalaşır.
1C: İstehsalat Müəssisəsinin İdarəedilməsi 8.x istehsalat müəssisələrinin bu kimi bir sıra bölmələri və xidmətlərində istifadə olunur:

• rəhbərlik (baş direktor, maliyyə direktoru, istehsalat üzrə direktor, baş mühəndis, kadrlar üzrə direktor, İT üzrə direktor, inkişaf üzrə direktor);
• plan-iqtisad şöbəsi;
• istehsalat sexləri;
• istehsalat-nəzarət şöbəsi;
• baş konstruktor (lahiyəçi) şöbəsi;
• baş texnoloq şöbəsi;
• baş mexanik şöbəsi;
• satış şöbəsi;
• maddi-texniki təminat (təchizat) şöbəsi;
• marketinq şöbəsi;
• material və hazır məhsul anbarları anbarları;
• mühasibatlıq;
• kadrlar şöbəsi;
• əməyin və məşğulluğun təşkili şöbəsi;
• İT şöbəsi;
• inzibati-təsərrüfat şöbəsi;
• kapital tikinti şöbəsi;
• informasiya-analitika şöbəsi;
• strateji inkişaf şöbəsi;

Bu sistemin tətbiqi daha çox holdinq və şəbəkə strukturları, həmçinin onlarla və yüzlərlə avtomatlaşdırılmış iş yerləri, bir neçə on nəfərdən bir neçə min nəfərə kimi personalı olan müəssisələrdə səmərəlidir

1C: İMİ 8.x konfiqurasiyası istehsalat müəssisəsinin bu kimi fəaliyyət proseslərini avtomatlaşdırır:

• alışların idarəedilməsi;
• anbarların idarəedilməsi;
• satışların idarəedilməsi;
• alıcılar və təchizatçılarla əlaqələrin nizamlanması;
• əsas vəsaitlər və qeyri-maddi aktivlərin idarəedilməsi;
• istehsalatın İdarəedilməsi prosesinin güclü funksionalı;
• alışların, Satışların və İstehsalat fəaliyyətinin planlaşdırılması;
• pul vəsaitlərinin idarəedilməsi;
• büdcələşmə;
• maya dəyərinin hesablanması və xərclərin idarəedilməsi;
• əmək haqqının hesablanması;
• mallar haqqında məlumatların monitorinqi;
• müəssisənin fəaliyyətinin müntəzəm təhlili və qiymətləndirilməsi;
• yekun və aralıq hesabatın formalaşması;

Proqram rus və azərbaycan dillərində interfeysi dəstəkləyir.