Personal – hər bir müəssisənin ən qiymətli resursudur. Və hər bir resurs kimi o uçot və səmərəli idarəetmə tələb edir. Müəssisənin işinin səmərəliliyi bütövlükdə personalın idarəedilməsinin təşkilindən asılıdır. İxtisaslaşmış, təşəbbüslü və sadiq əməkdaşlar hər bir şirkətin iş keyfiyyətini və rəqabətliliyini artıra bilər.
Yüzlərlə və minlərlə işçinin idarəedilməsi, personal seçimi və təlimi üzrə tədbirlərin keçirilməsi, istehsalat və idarəetmə tərkibi kvalifikasiyasının qiymətləndirilməsi əziyyətli proseslərdir. Xüsusi proqram məhsullarının (təminatlarının) istifadəsi müəssisəyə böyük həcmdə informasiya və məlumat təhlilinə itirilən vaxtın qısaldılmasına, rəhbərliyə kadr siyasətinin səmərəli planlaşdırmağa və həyata keçirməyə imkan yaradır.
Müəssisənin insan resurslarının idarəsi üçün 1C şirkəti tərəfindən personalın idarəedilməsi məsələlərinin avtomatlaşdırılması, müxtəlif miqyaslı kommersiya müəssisələri üçün kadr uçotunun və hesablaşmaların aparılması üçün müasir 1C: Əmək haqqı və personalın idarəedilməsi 8.x aləti hazırlanmışdır.
1C: Əmək haqqı və personalın idarəedilməsi 8.x-də personalın idarəedilməsinin əsas prosesləri, həmçinin kadr uçotu, əmək haqqının hesablanması, vergilərin hesablanması, dövlət orqanları və sosial fondlara hesabat və məlumatların hazırlanması, əmək haqqı xərclərinin planlaşdırılması prosesləri dəstəklənir. Qanunvericilik tələbləri, müəssisələrin real iş təcrübəsi və personalın idarəedilməsi yanaşmaları inkişafının dünya tendensiyaları perspektivi nəzərə alınıb.
Hesabatların ayarlanmasının rahat və çevik mexanizmləri rəhbərlik, personalın idarəedilməsi xidməti, kadr xidməti və s. bu kimi müxtəlif istifadəçi kateqoriyaları üçün ən müxtəlif analitik kəsikdə tam və dolğun informasiyanın əldə edilməsinə imkan yaradır.