«1C: Ticarətin idarəedilməsi 8» — ticarət müəssisəsi biznesinin səmərəliliyinin artırılması üçün müasir alətdir.
«1C: Ticarətin idarəedilməsi 8» operativ və idarəetmə uçotu məsələlərini, ticarət əməliyyatlarının təhlili və planlaşdırılmasını kompleks şəkildə avtomatlaşdırmağa imkan yaradaraq, müasir ticarət müəssisəsinin səmərəli idarəedilməsini təmin edir.
Müştərinin istəyiylə həm rus, həm də azərbaycan dillərində işləmək imkanı var.
«1C: Ticarətin idarəedilməsi 8» bu kimi təsərrüfat fəaliyyəti istiqamətlərini avtomatlaşdırır:

· müştərilərlə münasibətlərin idarəedilməsi;  · satış qaydalarının idarəedilməsi;
· satış proseslərinin idarəedilməsi;
· ticarət nümayəndələrinin idarəedilməsi;
· ehtiyatların idarəedilməsi;
· alışların idarəedilməsi;
· anbarın idarəedilməsi;
· malların çatdırılmasının idarəedilməsi;
· maliyyənin idarəedilməsi;
· müəssisənin məqsədyönlü göstəricilərinin təhlili və nəzarəti

«1C: Ticarətin idarəedilməsi 8» bütün ticarət əməliyyatları üçün nəzərdə tutulub. Soraqcaların aparılmasından və ilkin sənədlərin işlənməsindən tutmuş müxtəlif analitik hesabatların alınmasına kimi – bütün uçot funksiyaları reallaşdırılıb.
Tətbiq ticarət müəssisəsi üzrə bütövlükdə idarəetmə uçotunu aparmağa imkan yaradır. Holdinq strukturlu müəssisə üçün sənədlər bu holdinqə daxil olan bir neçə müəssisə adından tərtib oluna bilər.