Bütün uçot bir proqramda

Şirkətinizin hansı bizneslə məşğul olduğundan asılı olmayaraq — topdan və ya pərakəndə ticarət, komission ticarət, xidmətlərin göstərilməsi, istehsalat və ya tikinti — Siz uçotu «1C:Mühasibatlıq 8.x» -də apara bilərsiniz. Müasir erqonomik interfeys mühasibin işim maksimum rahat və komfort edir. Çətin həcmli hesabatların yüksək avtomatlaşdırılması mühasibin gündəlik işini asanlaşdırır, səhvlərdən qaçmaq və vaxta qənaət etmək imkanı yaradır. 1C: Mühasibatlıq Azərbaycan üçün proqramı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun, rus və azərbaycan dillərində interfeysi dəstəkləyən və aşağıdakı imkanları təmin edən bizim şirkətin öz tətbiqidir:

  • mühasibat və vergi uçotunun parallel aparılması;
  • müəssisənin pul vəsaitlərinin uçotu;
  • bank və xəzinə əməliyyatlarının uçotu;
  • maddi-material qiymətlilərinin uçotu;
  • kontragentlərlə hesablaşmaların uçotu;
  • anbar əməliyyatlarının uçotu;
  • çoxvalyutalı uçotun aparılması;
  • istehsalat uçotu
  • kadr uçotunun aparılması;
  • əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək haqqı və personalla hesablaşmaların uçotu;
  • mühasibat hesabatının, həmçinin, vergi orqanları, Dövlət Sosial Siğorta Fondu (Təqaüd fondu), statistika orqanları qarşısındakı hesabatların ayarlanması, tərtibi və çapı;
  • müəssisədə aparılan bütün uçot və idarəetmə proseslərinin avtomatlaşdırılması;
    müxtəlif analitik hesabatların qurulması;

Sadalananlardan başqa adı keçən konfiqurasiya ilə müəyyən müəssisənin spesifikasının təyin etdiyi şərtlərə əsasən digər məsələlər toplusunu da həll etmək olar.