«1C: Müəssisə 8. Kompleks avtomatlaşdırma (KA)» — qəliz istehsalat uçotu olmayan müəssisələrdə istifadə üçün tipik həll yolu. Ticarət müəssisələrinə ideal uyğundur. Proqram rus və azərbaycan dillərində interfeysi dəstəkləyir. Quraşdırılmış mexanizm və altsistemlər əsas idarəetmə və uçot məsələlərini həll etməyə imkan yaradır:

• Satışların, ehtiyatların və alışların idarəedilməsi;
• Müştərilərlə əlaqələrin idarəedilməsi (CRM);
• Qiymətqoyma;
• Operativ resurs planlaşdırılması;
• Pul vəsaitləri və qarşılıqlı hesablaşmaların idarəedilməsi;
• Sadələşdirilmiş istehsal uçotu;
• Əsas vəsaitlərin və avadanlığın idarəedilməsi;
• Mühasibat, vergi və reqlament uçotu;
• Əmək haqqının hesablanması və personalın idarəedilməsi;
• Rəhbərlər üçün səmərəliliyin təhlili və monitorinqi;

Kompleks avtomatlaşdırmanın 1C monokonfiqurasiyaları üzərindəki əsas üstünlüyü orta statistik müəssisə uçotunun avtomatlaşdırmasının tam təminatı üçün bütün altsistemlərin funksionallığının birləşməsindən ibarətdir.

Kompleks avtomatlaşdırma = Ticarət + Mühasibatlıq + Sadələşdirilmiş İstehsalat + Əmək Haqqı

Fərqli konfiqurasiyalar arası məlumat mübadiləsini ayarlamaq və dəstəkləmək lazım deyil!