Bizimlə əlaqə

1C: Mühasibatlıq 8.x Azərbaycan üçün

| Baxışlar: 57

Bütün uçot bir proqramda

Şirkətinizin hansı bizneslə məşğul olduğundan asılı olmayaraq — topdan və ya pərakəndə ticarət, komission ticarət, xidmətlərin göstərilməsi, istehsalat və ya tikinti — Siz uçotu “1C:Mühasibatlıq 8.x” -də apara bilərsiniz. Müasir erqonomik interfeys mühasibin işini maksimum rahat və komfort edir. Çətin həcmli hesabatların yüksək səviyyədə avtomatlaşdırılması mühasibin gündəlik işini asanlaşdırır, səhvlərdən qaçmaq və vaxta qənaət etmək imkanı yaradır. 1C: Mühasibatlıq Azərbaycan üçün proqramı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun, rus və azərbaycan dillərində interfeysi dəstəkləyən və aşağıdakı imkanları təmin edən bizim şirkətin öz tətbiqidir:

  • mühasibat və vergi uçotunun parallel aparılması;
  • müəssisənin pul vəsaitlərinin uçotu;
  • bank və xəzinə əməliyyatlarının uçotu;
  • maddi-material qiymətlilərinin uçotu;
  • kontragentlərlə hesablaşmaların uçotu;
  • anbar əməliyyatlarının uçotu;
  • çoxvalyutalı uçotun aparılması;
  • istehsalat uçotu
  • kadr uçotunun aparılması;
  • əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək haqqı və personalla hesablaşmaların uçotu;
  • mühasibat hesabatının, həmçinin, vergi orqanları, Dövlət Sosial Siğorta Fondu (Təqaüd fondu), statistika orqanları qarşısındakı hesabatların ayarlanması, tərtibi və çapı;
  • müəssisədə aparılan bütün uçot və idarəetmə proseslərinin avtomatlaşdırılması;
    müxtəlif analitik hesabatların qurulması;

Sadalananlardan başqa adı keçən konfiqurasiya ilə müəyyən müəssisənin spesifikasının təyin etdiyi şərtlərə əsasən digər məsələlər toplusunu da həll etmək olar.